“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”
10 fevral 2026-cı il tarixində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfər etdi. Bildiyiniz kimi, ABŞ-nin prezidenti Donald Tramp administrasiyasının əsas fiqurlarından biri olan Vensin regiona səfəri 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş sülh prinsiplərinin artıq konkret iqtisadi layihələr və siyasi zəmanətlərlə möhkəmləndirilməsi məqsədi daşıyır.
Vensin səfəri Cənubi Qafqaza səfəri, Vaşinqtonun region ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə, eləcə də sülh və sabitliyin möhkəmləndirilməsinə dair ortaq öhdəliyinin növbəti təsdiqidir.
Bu prosesdə ABŞ-nin Azərbaycanı təkcə enerji tərəfdaşı deyil, regionun əsas güc mərkəzi və strateji sabitlik qütbü kimi qəbul etməsi iki ölkə arasındakı etimadın ən yüksək səviyyəyə çatdığını göstərir.
Səfəri zamanı iki ölkə arasında münasibətlərdə vacib geopolitik mərhələnin başlanğıcını qoyan qərarlar imzalanıb. Təbii ki, səfərin əsas gündəm mövzularından biri regional sülh və təhlükəsizlik məsələləri olmuşdur. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində son dövrlərdə atılan addımlar fonunda ABŞ-ın bu prosesə siyasi dəstək vermək niyyəti aydın görünür. Vaşinqtonun sülh gündəminə yüksək səviyyədə qoşulması tərəflər arasında etimadın möhkəmlənməsinə və əldə olunmuş razılaşmaların davamlılığının təmin edilməsinə töhfə verə bilər. Bu, həm də ABŞ-nin regionda vasitəçi yox, təşviqedici faktor rolunu önə çıxarmaq istədiyini göstərir.
Səfər proqramının əsas gündəm mövzularından biri də TRİPP marşrutunun tam işlək vəziyyətə gətirilməsi üzrə növbəti addımların müzakirəsi oldu. ABŞ administrasiyasının regionda ticarət və kommunikasiya dəhlizlərinin açılmasını dəstəkləməsi Azərbaycanın strateji nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirə bilər. Bu kontekstdə TRIPP təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Layihə region ölkələri arasında nəqliyyat, logistika və ticarət əlaqələrinin genişləndirilməsini, eyni zamanda iqtisadi inteqrasiya vasitəsilə dayanıqlı sülhün təşviqini hədəfləyir. Xüsusilə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutları çərçivəsində Azərbaycanın iştirak etdiyi layihələr TRIPP təşəbbüsünün praktik icrası baxımından mühüm potensiala malikdir.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi ABŞ tərəfindən də strateji tərəfdaş qismində qiymətləndirilir. Bu kontekstdə enerji layihələrinin davamlılığı, yaşıl enerji sahəsində əməkdaşlıq və regional enerji sabitliyi məsələlərinin müzakirəsi ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edə bilər.
Bununla yanaşı, səfər çərçivəsində süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq perspektivlərinin də müzakirəsi gözləniləndir. Bu, texnologiya sahəsində birgə layihələr, informasiya təhlükəsizliyi və innovasiya mübadiləsinin gücləndirilməsi istiqamətində əlavə əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına şərait yarada bilər, beləliklə iqtisadi əlaqələrin yalnız ənənəvi sahələrdən çıxaraq rəqəmsal iqtisadiyyat üzrə də genişlənməsinə imkan yaradır.
Eyni zamanda Vensin səfəri ABŞ–Azərbaycan münasibətlərinin strateji dialoq səviyyəsinə keçidi baxımından əhəmiyyətlidir. Təhlükəsizlik, siyasi məsləhətləşmələr və beynəlxalq platformalarda koordinasiya məsələləri bu dialoqun əsas sütunlarını təşkil edə bilər. ABŞ-ın Azərbaycanla münasibətlərdə praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşma sərgiləməsi regional güclər arasında balansın qorunmasına da müsbət təsir göstərə bilər.
Bütün bu amilləri nəzərə alsaq, ABŞ–Azərbaycan–Cənubi Qafqaz münasibətlərində faktiki olaraq tamamilə yeni bir mərhələnin başlandığını demək olar. Bu yeni mərhələ ideoloji, siyasi və iqtisadi aspektlərdən təhlil edildikdə, Cey Di Vensin səfərinin nə qədər mühüm və strateji xarakter daşıdığı aydın görünür. Məhz buna görə də bu səfəriin Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə real töhfələr yaradacaq.
Bir sözlə, vitse-prezidentin 30 il münaqişə şəraitində olmuş, 2020-ci ilin sentyabrında başlayan və 44 gün sonra Azərbaycanın qələbəsi ilə başa çatan II Qarabağ müharibəsindən sonra sülhə doğru addımlayan Ermənistan və Azərbaycana səfəri mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.
İradə Rizazadə, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Tərəqqi medalı təltifçisi
