Şöbə müdiri işdən azad olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) şöbə müdiri vəzifəsindən azad olunub.

Modern.az-ın məlumatına görə, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Agentliyinin İnsan Resursları Departamentinin İstedadların idarəolunması şöbəsinin müdiri Sevinc Yusubova vəzifəsindən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur. (İqtisadiyyat.az)


Mənbə: Modern.az

Bir cavab yazın