Azərbaycana gələn küveytlilərin sayı artıb

Küveytdən Azərbaycana turist axını artır.

Modern.az xəbər verir ki, bunu Küveyt səfiri Abdullah Mohamed Abdullah Almauidi, Küveytin milli bayramı – Dövlət müstəqilliyinin 65-ci, azadlıq bayramının isə 35-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Hər il Küveytdən Azərbaycana gələn turistlərin sayı 30-min nəfəri ötür. Hazırda ölkələrimiz arasında həftədə 4 aviareys həyata keçirilir” -səfir deyib.

Səfir əlavə olaraq qeyd edib ki, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında aktiv şəkildə iştirak edəcəklər:

“Bu mühüm tədbirin burada keçirilməsi Azərbaycanın regional və beynəlxalq müstəvidə özünəməxsus yeri və rolunun olduğunu göstərir”.


Mənbə: Modern.az

Bir cavab yazın