Həmyerlimiz bu dəfə Gümrüdə – VİDEO

İrəvanda çəkdiyi video ilə diqqətləri üzərinə çəkən əslən Qərbi Azərbaycandan olan Rövşən Əhmədov sosial şəbəkədə növbəti paylaşımını edib.

Modern.az xəbər verir ki, Rövşən Əhmədovun budəfəki paylaşımı Ermənistanın 2-ci ən böyük şəhəri Gümrüdən olub.

O, yayımladığı videoda Gümrü şəhərinin mərkəzi küçələrini avtomobili ilə gəzir.

Xatırladaq ki, Rövşən Əhmədov bundan öncə, İrəvanın mərkəzindən – “Respublika” meydanından etdiyi paylaşımla diqqət çəkmişdi.

 


Mənbə: Modern.az

Bir cavab yazın