“İdrak” Liseyində güllələnmiş müəllim evə buraxılıb

Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən “İdrak” Liseyində şagirdi tərəfindən güllələnmiş müəllim Şəhla Kamilova evə buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin məlumatında bildirilib.

Qeyd edilib ki, təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb.

“Ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən “İdrak” Liseyində 10-cu sinif şagirdi Əli Şirinov silahlı insident törədib.

Şagird atasına məxsus ov silahı ilə məktəbə gələrək liseydə müəllim işləyən Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimin boyun nahiyəsindən 16 qırma çıxarıblar. Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.


Mənbə: Modern.az

Bir cavab yazın