Kənd Təsərrüfatı Nazirliyində CİDDİ POZUNTULAR

Kənd Təsərrüfatı Nazirliyinin 2026-2029-cu illər üzrə təqdim etdiyi məlumatlara əsasən, müvafiq bölmə çərçivəsində 8 proqramın icrası proqnozlaşdırılır. Hesablama Palatası tərəfindən aparılan təhlillər aqrar sahədə prioritetlərin müəyyənləşdirilməsi və vəsaitlərin bölgüsü ilə bağlı uyğunsuzluqları üzə çıxarıb.

Modern.az Hesablama Palatasına istinadən xəbər verir ki, son illər heyvanların baş sayında davamlı azalma müşahidə olunsa da, “Heyvandarlıq sahəsinin inkişafı proqramı” üzrə 2026-cı ildə 71,7 milyon manat vəsait nəzərdə tutulur. Bu, cari ilin gözlənilən icra xərcləri ilə müqayisədə 3,6 milyon manat və ya 4,8 faiz azdır. Qeyd edilir ki, 2024-cü ildə sözügedən proqramın icrasına 59,8 milyon manat xərclənib. Bu məbləğ “Bitkiçilik sahəsinin inkişafı proqramı”na ayrılmış vəsaitdən 6 dəfə az olub.

Məlumata görə, təhlillər bəzi tədbirlər üzrə indikatorların inkişaf dinamikasını əks etdirmədiyini də göstərir. Belə ki, dən üçün günəbaxan əkin sahəsinin 12 950 hektardan 13 200 hektara qədər artırılması planlaşdırılır. Lakin məhsul istehsalının 31 303 tondan 30 360 tona enməsi hədəf kimi müəyyən edilib.

Bundan əlavə, xüsusi təhlükəli heyvan xəstəlikləri nəticəsində məhv edilmiş iribuynuzlu və xırdabuynuzlu heyvanların sayının 2025-ci illə müqayisədə müvafiq olaraq 50 və 100 baş artaraq 750 və 1 600 başa çatacağı proqnozlaşdırılır. Hesablama Palatasının qənaətinə görə, bu göstəricilər aqrar sahədə inkişaf meyllərini xarakterizə etmir.


Mənbə: Modern.az

Bir cavab yazın