Sənəd qəbulu başa çatdı, 133 min abituriyent qeydiyyatdan keçdi

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb.

Modern.az xəbər verir ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edib.

Bildirilib ki, ümumilikdə, 133389 abituriyent qeydiyyatdan keçib.

Belə ki, Azərbaycan bölməsi üzrə ali təhsil müəssisələrinə sənəd qəbulu üçün 120671 nəfər, rus bölməsi üzə isə 12718 nəfər omaqla, 129655 nəfər müraciət edib. Kolleclərlə bağlı isə bu say (11 illik) Azərbaycan bölməsi üzrə 110362 rus bölməsi üzrə 10015 nəfər olmaqla, 120377 nəfər təşkil edir.

9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 27408 Azərbaycan bölməsi, 1395 rus bölməsi olmaqla 28803 abituriyent qeydiyyatdan keçib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18-də başlanıb.


Mənbə: Modern.az

Bir cavab yazın