Sabah ilk Qədr gecəsidir
Sabah Azərbaycanda Ramazan ayının ilk Qədr (Əhya) gecəsi olacaq.
Modern.az xəbər verir ki, bu il ilk Qədr gecəsi martın 8-dən 9-na keçən gecəyə təsadüf edir.
Ramazan ayının növbəti Qədr gecələri 10, 12 və 16 mart tarixlərinə düşür.
Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.
Mənbə: Modern.az
