Dələduz qadın SAXLANILDI
Ağsuda dələduzluq edən qadın saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.
O, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib. Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Mənbə: Modern.az
