108 əcnəbi Azərbaycandan çıxarıldı

Fevral ayında ölkədə müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 5875, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı Dövlət Miqrasiya Xidmətinə 481 müraciət daxil olub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 849 müraciət daxil olub.

Məlumata görə, ötən ay miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı ümumilikdə 108 qərar qəbul edilib.


Mənbə: Modern.az

Bir cavab yazın