Azərbaycanda 10 nəfər qızılcaya yoluxub

Azərbaycanda keçən il ərzində 10 sporadik (tək-tək və ya nadir hallarda – red) qızılca hadisəsi qeydə alınıb.

Modern.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında əks olunub.

Hesabatda həmçinin bildirilib ki, ölkədə vaksinlərlə idarə olunan xəstəliklərdən poliomielit, difteriya, epidemik parotit, göyöskürək, məxmərək xəstəlikləri qeydə alınmayıb.


Mənbə: Modern.az

Bir cavab yazın