Paşinyan təcili iclas çağırdı
Paşinyan Yaxın Şərqdəki müharibə fonunda Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirib.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, iclasda Təhlükəsizlik Şurasının üzvlərindən əlavə, prezident Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan və digər rəsmi şəxslər iştirak ediblər.
İştirakçılar regiondakı vəziyyəti və mövcud hadisələri müzakirə ediblər.
Mənbə: Modern.az
