Allahşükür Paşazadə başsağlığı verdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Pravoslav Kilsəsinin Senak və Çxorutski Mitropoliti Şioya Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı ilə bağlı başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Modern.az-a QMİ-dən məlumat verilib.
Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi, Qafqaz Xalqları Ali Dini Şurası, bütün Qafqaz dindarları adından Gürcüstan xalqına, Gürcü Pravoslav Kilsəsinə başsaqlıqlarını ifadə edib.
Bildirilib ki, Azərbaycan və Gürcüstan xalqları arasında ənənəvi dostluq münasibətlərinin, dini-mənəvi əlaqələrinin dərinləşməsi, bölgədə sülh və anlaşma mühiti üçün böyük əməli səylər göstərmiş II İlya həzrətləri bütün Qafqaz dindarları üçün olduqca dəyərli din xadimi, sülhpərvər fəaliyyəti ilə nümunə olan dini lider idi.
“II İlya həzrətlərinin ruhu şad, məkanı cənnət olsun!”, – məktubda qeyd edilib.
Mənbə: Modern.az
