Tailandda təqaüdlə təhsil imkanı
Tailand Krallığının Ali Təhsil, Elm, Tədqiqat və İnnovasiya Nazirliyi tərəfindən əcnəbi tələbələr üçün 2026–2027-ci tədris ili üzrə Tailand Təqaüdləri Proqramı elan olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, proqram çərçivəsində Tailandın müxtəlif ali təhsil müəssisələri tərəfindən əcnəbi tələbələrə bakalavriat, magistratura və doktorantura səviyyələri, eləcə də mübadilə və təlim proqramları üzrə təhsil almaq imkanı yaradan təqaüdlər təqdim olunur.
Müraciət üçün son tarixlər, tələb olunan sənədlər və təqaüd çərçivəsində qarşılanan xərclər hər bir ali təhsil müəssisəsinin daxili qaydalarına uyğun olaraq müəyyən edilir.
Təqaüd proqramları və müraciət qaydaları barədə ətraflı məlumatla link vasitəsilə tanış olmaq mümkündür.
Proqramda iştirak etmək istəyənlər müraciətlərini birbaşa müvafiq Tailand ali təhsil müəssisələrinə təqdim etməlidirlər.
Mənbə: Modern.az
