Aktual Bu gün, 13:16 Azercell-dən xüsusi “OPPO” kampaniyası
Lider mobil operator Novruz bayramı münasibətilə abunəçiləri üçün xüsusi kampaniyaya start verir
Azercell Novruz bayramı münasibətilə abunəçiləri üçün “OPPO” smartfonlarına dair xüsusi kampaniya təqdim edir. Kampaniya müddətində 269 AZN-dən başlayan qiymətlə “OPPO” smartfonu alan müştərilərə 6 ay müddətində 6 GB internet paketi hədiyyə ediləcək. İnternet paket avtomatik olaraq hər 28 gündən bir yenilənəcək.
Bundan əlavə, qeyd olunan müddət başa çatdıqdan sonra internet paketindən istifadəni davam etdirmək istəyən abunəçilər növbəti 6 ay ərzində paketdən 20% endirimlə yararlana biləcəklər.
16.04.2026-cı il tarixinədək davam edən kampaniya fakturasız xətt abunəçiləri üçün “Kontakt Home” mağazalar şəbəkəsində keçərlidir.
Daha ətraflı məlumat üçün: Novruz kampaniyası! | Azercell
Mənbə: Modern.az
