Xarici ekspertlər Modern.az vasitəsilə Azərbaycan xalqını təbrik etdilər
Bu gün Azərbaycan xalqı İslam dininin ən müqəddəs bayramı olan Ramazanı və əcdadlarımızdan miras qalan Novruz bayramını qeyd edir.
Belə bir vaxtda xarici ekspertlər Modern.az saytı vasitəsilə Azərbaycan xalqını Ramazan və Novruz bayramları münasibətilə təbrik ediblər.
Təbrikləri təqdim edirik:
Britaniyalı politoloq Neil Uatson: “Bu il Ramazan bayramı ilə üst-üstə düşən Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmək istəyirəm. Novruz Azərbaycan ruhu ilə sinonim olan bir bayramdır. Eyni zamanda, ailələrin yeni həyatı və yeni başlanğıcları qeyd etmək üçün bir araya gəldiyi bir bayramdır. Azərbaycan daha parlaq gələcəyə baxdıqca və münaqişələr tarixə çevrildikcə, Novruz bayramının mənası daha da aktuallaşıb. Hamınızın Novruz bayramınız mübarək!”

Gürcü politoloq Giorgi Qoqua: “Əziz Azərbaycan xalqı, Sizi gözəl və mənalı Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu qədim və əziz bayram təkcə yazın gəlişinin qeyd olunması deyil, həm də yenilənmənin, ümidin və həyatın davamlılığının güclü bir simvoludur. Novruz təbiətlə harmoniyanı, işığın qaranlıq üzərində qələbəsini və birliyin, ailənin və ənənənin əhəmiyyətini təcəssüm etdirərək Azərbaycan xalqının dərin mədəni irsini əks etdirir. Qoy bu xüsusi gün evlərinizə sülh, firavanlıq və xoşbəxtlik gətirsin. Yeni imkanların başlanğıcını qeyd etsin, müsbət dəyişikliklərə ilham versin və xalqlarınız arasında dostluq və həmrəylik bağlarını möhkəmləndirsin. Sizə şən, işıqlı və mübarək Novruz bayramı arzulayıram. Böyük hörmət və xoş arzularla”.

Ukraynalı jurnalist və politoloq Stanislav Jelixovski: “Bütün Azərbaycan xalqının Novruz bayramı mübarək! Qoy bu bahar ailələrinizə sevinc, ümid və yeni başlanğıclar gətirsin. Sizə sülh, firavanlıq və xoşbəxtlik arzulayıram”.

İsrailli jurnalist İqor Roytapel: “İsrail xalqı adından və şəxsən öz adımdan bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmək istəyirəm. Uşaqlıqdan bəri bu bayramın nə qədər gözəl və ləzzətli olduğunu xatırlayıram. Biz onu birlikdə qeyd etdik: yəhudilər, ruslar, azərbaycanlılar. Evlərin qapıları açıq idi və inanıram ki, bu gün heç nə dəyişməyib. Çünki azərbaycanlılar sülh və firavanlıq axtaran dinc xalqdır. Sizə məhz bunu arzulayıram. Əziz dostlarım, bayramınız mübarək!”
Mənbə: Modern.az
