Allahşükür Paşazadə II İlyanın dəfninə gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində iştirak edəcək.

Modern.az xəbər verir ki, bunu Allahşükür Paşazadə Təzəpir məscidində Ramazan bayramının başa çatması ilə əlaqədar qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən gün Gürcüstanın Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verib.

“II İlya mənim dostum olub. Ermənistan məsələsində o mənim yanımda olub. Allah ona rəhmət eləsin”.

Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimi martın 22-də keçiriləcək. 

Xatırladaq ki, II İlya 17 mart axşamı mədə qanaması səbəbindən Tbilisi klinikasında vəfat edib. 
O, 1977-ci ildən bəri Bütün Gürcüstanın Katolikos-Patriarxı idi.


Mənbə: Modern.az

Bir cavab yazın