Dünyanın ən bahalı avtomobili – FOTO
Dünyanın ən bahalı yeni avtomobili Malayziyada görüntülənib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 100 milyon ringgitdən (30 milyon dollardan çox) çox dəyərində olan “Rolls-Royce Droptail” avtomobili nadir hallarda ictimaiyyətə görünür. Avtomobil ötən gün Kuala-Lumpur şəhərindəki Cohor Sarayında keçirilən açıq qapı günündə ictimaiyyətə təqdim edilib.
Avtomobil kralı Sultan İbrahim tərəfindən idarə olunub.
Qeyd edək ki, “Rolls-Royce Droptail” avtomobili dünyada hər biri tamamilə xüsusi hazırlanmış cəmi 4 nümunədən biridir.
Mənbə: Modern.az
