Millimizin üzvü evləndi – FOTO
Azərbaycan boks millisinin üzvü Məhəmməd Abdullayevin toyu olub. Mərasim ötən gün baş tutub.
Modern.az xəbər verir ki, bu barədə məlumatı gənclər və idman naziri Fərid Qayıbovun keçmiş müavini Mariana Vasileva paylaşıb.
Qeyd edək ki, Məhəmməd Abdullayev böyüklər arasında 3 dəfə dünya çempionatının bürünc medalının sahibidir. İdmançı həmçinin yeniyetmələr arasında dünya çempionu adını qazanmışdı.
Mənbə: Modern.az
