Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? – AÇIQLAMA
Ermənistanın Mülki Aviasiya Komitəsi ölkənin hava məkanının istifadəsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Modern.az-ın məlumatına görə, qurumdan verilən açıqlamada qeyd olunub ki, Ermənistan heç bir ölkə, o cümlədən Azərbaycanın mülki təyyarələri üçün hava məkanından istifadə ilə bağlı məhdudiyyət tətbiq etməyib.
Bildirilib ki, son dövrlərdə Ermənistan üzərindən həyata keçirilən tranzit uçuşlarla bağlı əsassız spekulyasiyalar və dezinformasiya yayılır.
“Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasına əsasən, ICAO-ya üzv heç bir dövlət öz hava məkanından istifadədə ayrı-seçkilik tətbiq edə bilməz”, – deyə Komitədən vurğulanıb.
Mənbə: Modern.az
