Güclü yağışlar Dağıstanda həyatı iflic etdi
Dağıstanda leysan yağışlar ölkəni Venesiyaya çevirib.
Modern.az-ın xəbərinə görə, bu barədə “News.ru” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, yağıntıların miqdarı yüzillik rekordu qırıb. Belə ki, bir gündə bölgəyə 50 millimetrdən çox yağıb ki, bu da 1919-cu ilin martında qeydə alınan tarixi maksimumdan yüksəkdir.
Yollar demək olar ki, iflic vəziyyətinə düşüb, piyadalar isə alternativ yollar axtarmağa məcbur olurlar.
Mənbə: Modern.az
