CNN: İranla bağlı dördtərəfli danışıqlar başlayıb
Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirləri arasında İslamabadda İranla bağlı dördtərəfli danışıqlar başlayıb.
Modern.az xəbər verir ki, bu barədə CNN məlumat verir.
Nəşr bildirir ki, regional güclərin nümayəndələri bu gün və sabah Pakistanın İslamabad şəhərində gərginliyin azaldılmasını müzakirə etmək üçün görüşürlər.
Mənbə: Modern.az
