Gəncədə avtomobil betona çırpıldı, xəsarət alanlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, şəhər ərazisində hərəkətdə olan “Toyota Aqua” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Modern.az
