Balakəndə maşın aşdı – Xəsarət alanlar var

Bu gün səhər saatlarında Balakən rayonunun Kortala kəndinin ərazisində “VAZ-21011” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Modern.az məlumat verir ki, qəza nəticədə sürücü – 27 yaşlı Nurlan Xəmmədov və sərnişini – 17 yaşlı Cavid Xəmmədov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Mənbə: Modern.az

Bir cavab yazın