Təhsil tələbə kreditindən ən çox kimlər yararlanır? 

Azərbaycanda Təhsil Tələbə Krediti (TTK) üzrə təqdim olunan statistik göstəricilərə əsasən, təhsil müəssisələri və səviyyələr üzrə bölgü açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu (TTKF) məlumat yayıb.

Məlumata görə, TTK alanların böyük hissəsi dövlət təhsil müəssisələrində təhsil alanların payına düşür. Belə ki, dövlət müəssisələrində TTK ilə təhsil alanların sayı 62 150 nəfər təşkil edir. Özəl təhsil müəssisələrində isə bu göstərici 16 923 nəfərdir. Ümumi bölgüdə dövlət sektoru 78,6%, özəl sektor isə 21,4% paya malikdir.

Səviyyələr üzrə bölgüyə gəldikdə, ən yüksək göstərici bakalavriat pilləsində qeydə alınıb. Bu kateqoriya üzrə 54 689 nəfər TTK-dan yararlanıb. Magistratura səviyyəsində 18 703 nəfər, orta ixtisas təhsili üzrə 5 061 nəfər, peşə təhsili üzrə isə 620 nəfər qeydiyyata alınıb.

Faiz göstəricilərinə görə, ümumi payda bakalavriat 69,2%, magistratura 23,7%, orta ixtisas təhsili 6,4%, peşə təhsili isə ən aşağı payla təmsil olunur.


Mənbə: Modern.az

Bir cavab yazın