“WhatsApp”da rəngli profillərin MƏNALARI
“WhatsApp”da söhbətlərdə görünən profil rənglərinin fərqli mənalar daşıdığı iddia edilib. Sosial mediada paylaşılan məlumatlara görə, hər rəng ayrı bir məna ifadə edir.
Modern.az xəbər verir ki, xüsusilə “profil rənglərinin insanlarla olan münasibətə görə dəyişdiyi” barədə paylaşımlar bir çoxları üçün maraq mövzusuna çevrilib.
İddiaya görə, fərqli rənglər bir şəxsin sizi kontaktlarına qeyd edib-etmədiyini və ya sizinlə nə qədər tez-tez əlaqə saxladığını göstərir.
Profil rənglərinin iddia edilən mənaları belədir:
Yaşıl: şəxs sizi kontaktlarına əlavə etməyib
Mavi: şəxs sizi daha əvvəl bloklayıb
Qırmızı: çox sıx ünsiyyətdə olmadığınız şəxslərdə görünür
Açıq yaşıl: əvvəl çox danışıb sonradan əlaqəni azaltdığınız şəxslər
Qeyd edək ki, “WhatsApp”da profil rənglərinin bu cür xüsusi mənalar daşıdığına dair heç bir rəsmi funksiya mövcud deyil.
Tətbiqdə görünən rənglər adətən profil şəkli olmayan istifadəçilər üçün avtomatik təyin olunur və tamamilə təsadüfi şəkildə seçilir.
Mənbə: Modern.az
