2030-cu ilədək şəraitsiz məktəb qalmayacaq – Nazir müavini
“2020-ci ildə 900-dən çox şəraitsiz məktəb var idi. Son 5-6 ildə görülən işlər nəticəsində bu say 400-ə qədər azalıb”.
Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
Nazir müavini bildirib ki, hər il 60-70 məktəbi təmir edildikdə 2030-cu ilədək şəraitsiz təhsil müəssisəsi problemi aradan qalxacaq.
“Artıq 3600-dən çox məktəb binası əsaslı şəkildə təmir olunub, yenidən tikilib. Düzdür, problemlərimiz qalıb. Problemləri açıq danışmaq vacibdir”.
Mənbə: Modern.az
