Bakıda stadion təmirə bağlanacaq
Bayıl stadionu may ayında – cari mövsüm başa çatdıqdan sonra təmirə bağlanacaq.
Modern.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında deyib.
Qurum rəsmisi AFFA-nın balansında olan arenanın təmirdən sonra uşaq və gənclər futbolu üçün istifadə olunacağını deyib.
Onun sözlərinə görə, iki regionda isə futbol mərkəzi istifadəyə veriləcək.
Mənbə: Modern.az
