Azər Maqsudov amnistiyaya düşdü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudova amnistiya aktı şamil olunub.
Modern.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, o, cəzadan azad edilib.
Azər Maqsudovun vəkili Musa Abdinov məlumatı təsdiqləyib.
Xatırladaq ki, Sabunçu rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Azər Maqsudov nəqliyyat vasitəsini 1 il idarəetmə hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum edilib. (APA)
Mənbə: Modern.az
