İran sülhə razıdı – 10 bəndlik PLAN

İran ABŞ-yə müharibənin dayandırılması ilə bağlı 10 bənddən ibarət plan təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Bildirilib ki, Tehran uzunmüddətli sülhün təmin olunması üçün bir sıra əsas tələblər irəli sürüb. Bu tələblər arasında İsrailin bütün hücumlarının dayandırılması, o cümlədən “Hizbullah”a qarşı zərbələrin də dayandırılması yer alır.

Eyni zamanda, İran ölkəyə qarşı tətbiq olunan bütün sanksiyaların tam ləğvini və gələcəkdə mümkün hücumların qarşısını almaq üçün təhlükəsizlik zəmanətlərinin verilməsini tələb edir. Plan çərçivəsində ölkənin infrastrukturunun bərpasına dəstək göstərilməsi də əsas şərtlərdən biri kimi qeyd olunur.

Bundan əlavə, İran Hörmüz boğazında təhlükəsiz gəmiçilik rejiminin təmin olunmasını istəyir.

Məlumata görə, rəsmi Tehran qarşılığında Hörmüz boğazından gəmilərin keçidinə yenidən icazə verməyə hazırdır. Bununla yanaşı, hər bir gəmidən təxminən 2 milyon dollar həcmində ödəniş alınması nəzərdə tutulur.


Mənbə: Modern.az

Bir cavab yazın