Azərbaycanlı bacılar Britaniya universitetlərinə qəbul olundular
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin IV kurs tələbələri, Prezident təqaüdçüsü olan Həmidə və Nəzrin Sadıqova bacıları “Times Higher Education” (THE) dünya universitetləri reytinqində ilk üçlükdə yer alan Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin magistratura proqramına qəbul olunublar.
Modern.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.
2022/2023-cü tədris ilində BDU-nun Hüquq fakültəsinə 660.9 bal ilə qəbul olunan Nəzrin Sadıqova Oksford, 660.2 bal ilə qəbul olunan Həmidə Sadıqova isə Kembric Universitetində təhsilini davam etdirmək əzmindədir. Hər iki tələbə Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb və bu günədək həmin statusu qoruyub.
Mənbə: Modern.az
