Dərnəgül dayanacağı tezliklə sərnişinlərin xidmətində olacaq – VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC-nin ADY-nin Dərnəgül dayanacağının tikintisinin başa çatmaqdadır.

ADY-dən Modern.az-a verilən məlumata görə, Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən dayanacaq turniket binaları, yerüstü keçid və 4 platforma ilə tezliklə sərnişinlərin xidmətində olacaq.

“Dərnəgül dayanacağı sayəsində şəhərdaxili mobillikdə dəmiryol xəritəsi genişlənəcək, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha da əlçatan olacaq”, – məlumatda qeyd olunur.


Mənbə: Modern.az

Bir cavab yazın