İki aydır tələbələrin təqaüdü ödənilmir – VİDEO
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 2 aydır tələbələrin təqaüdü ödənilmir.
Modern.az Xəzər Tv-yə istinadən xəbər verir ki, tələbələr sosial şəbəkələrdə etdikləri paylaşımlarda belə ediblər.
Tələbələr bildirir ki, bununla bağlı rəhbərliyə müraciət etsələr də, məsələyə aydınlıq gətirən olmayıb.
Rəssamlıq Akademiyasından bildirilib ki, məsələ rəhbərlik tərəfindən ciddi nəzarətə götürülüb. Hazırda müvafiq sənədləşmə işlərinin qısa müddət ərzində tamamlanması və gecikmiş təqaüdlərin tam şəkildə ödənilməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Gecikmənin səbəbləri aradan qaldırılaraq, ödənişlərin yaxın zamanda tam şəkildə həyata keçirilməsi nəzərdə tutulur”, – deyə təhsil müəssisəsindən bildirildi.
Mənbə: Modern.az
