ABŞ gəmisi İranın ultimatumundan sonra qaçdı
ABŞ-a məxsus hərbi gəminin Hörmüz boğazını keçmək cəhdinin qarşısı alınıb.
Modern.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ esminesi İranın sərt xəbərdarlığından sonra geri dönmək məcburiyyətində qalıb. Bildirilir ki, İran tərəfi gəminin hərəkətini izləyib və bu barədə Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda iştirak edən nümayəndə heyətinə məlumat verib.
İran tərəfinin ABŞ-a çatdırdığı mesajda qeyd olunub ki, gəmi hərəkətini davam etdirərsə, 30 dəqiqə ərzində zərbə endiriləcək və ABŞ-İran danışıqları pozulacaq.
Qeyd edək ki, bundan əvvəl Axios-un jurnalisti Barak Ravid ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir neçə gəminin Hörmüz boğazını keçdiyini iddia etmişdi. Lakin təhlükəsizlik üzrə rəsmi şəxs bu məlumatı təkzib edib.
İran KİV-ləri bildirir ki, xəbərdarlıqdan sonra ABŞ hərbi gəmisi istiqamətini dəyişərək geri qayıdıb.
Mənbə: Modern.az
