Azərbaycanla Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək.
Modern.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin aprelin 14-də keçiriləcək iclasında müzakirəyə çxıarılacaq “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə”qanun layihəsində əksini tapıb.
Mənbə: Modern.az
