Kəlbəcərdəki Bərpa, Tikinti və İdarəetmə Xidmətinə yeni icraçı direktor təyin olundu – FOTO
Emil Fərhad oğlu Şolan Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə yeni icraçı direktor təyin edilib.
Modern.az xəbər verir ki, Xidmətin Müşahidə Şurasının qərarı ilə bu vəzifəyə Emil Şolan təyin olunub.
Qeyd edək ki, Emil Fərhad oğlu Şolan bundan əvvəl Xidmətin icraçı direktorunun müavini, daha əvvəl isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində icraçı direktorun müşaviri vəzifələrində çalışıb. O, tanınmış cərrah-uroloq və transplantoloq Rəşad Şolanın qardaşıdır.
Xatırladaq ki, Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 10 iyul 2024-cü il tarixli fərmanı ilə yaradılıb. (İqtisadiyyat.az)
Mənbə: Modern.az
