Sabah qruplarında oxumaq istəyənlərlə bağlı mühüm QƏRAR

“Əsas hədəfimiz universitetimizdə Azərbaycan dilində keyfiyyətli təhsil verməkdir”.

Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov imtahan verən tələbələrlə görüşü zamanı səsləndirib.

Rektor bildirib ki, universitetdə tədrisin prioriteti Azərbaycan dilidir:

“Bununla yanaşı, mühüm bir şərtimiz var. Bütün tələbələr minimum orta səviyyədə ingilis dilini mütləq bilməlidirlər. Prioritetimiz hər zaman Azərbaycan dilində təhsildir.

Məhz buna görə də bu ildən etibarən SABAH qrupları yalnız Azərbaycan bölməsi üzrə fəaliyyət göstərəcək. Bu qruplara təxminən 1000 tələbənin cəlb olunması nəzərdə tutulur. Hesab edirik ki, Azərbaycan dilində təhsilin cəlbediciliyinin artırılması bizim üçün əsas prioritetlərdən biridir”.


Mənbə: Modern.az

Bir cavab yazın