225 min sürücü 2025-ci ilin ən yaxşı avtomobilini seçdi
225 mindən çox Böyük Britaniya sürücüsü Autotrader Driver’s Choice Awardsda 2025-ci ilin ən yaxşı avtomobili üçün səs verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu il sürücülər “Kia EV3”dən məmnun qalıblar.
Təfərrüatlar
Bu, artıq altıncı ildir ki, elektromobil ən yüksək mükafatı qazanır. Ümumilikdə, mövcud 25 kateqoriyadan 10-da elektrik avtomobilləri qalib gəlib.
Autotrader mükafatları bir çox sənaye yarışlarından fərqlənir ki, onlar real həyatda avtomobil sürmə təcrübələrinə əsaslanır.
Kia EV3 ən balanslı avtomobildir, lakin britaniyalılar BMW i4-ü də ən yaxşı ailə avtomobili adlandırıblar. Hyundai Ioniq 5 yığcam ölçülərdən uzaq olmasına və manevr qabiliyyətinə görə ən yaxşı şəhər avtomobili seçilib. Hətta it sahibləri də öz sözünü deyiblər, geniş və praktiki “Skoda Enyaq”ı it sahibləri üçün ən yaxşı avtomobil seçiblər.
Maraqlıdır ki, elektromobil həm də uzun səfərlər üçün ən yaxşısı kimi tanınıb. Söhbət “Renault Scenic E-Tech”dən gedir, o, bir dəfə doldurmaqla təxminən 620 kilometr yol qət edə bilir.
Onlar Çin istehsalçılarını da unutmayıblar, Omoda 5 elektromobilini qiymət və keyfiyyət baxımından ən yaxşısı adlandırıblar və istehsalçı BYD ən sevimli brend seçilib.
Mənbə: Lent.Az