GÜNDƏM

Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”

Türkiyə artıq tam şəkildə Cənubi Qafqazdadır.

Elminfo.az xəbər verir ki, bunu Türkiyənin Hacettepe Universitetinin müəllimi, professor Tufan Gündüz deyib.

Professor Zəngəzur dəhlizinin açılmasının Türkiyənin böyük hədəflərindən biri olduğunu bildirib:

“Türkiyənin idarəolunmaz ölkəyə çevrildiyi bir həqiqətdir. Artıq Türkiyə qorxularına qalib gələn və xarici dünyaya açılan bir ölkədir. Balkanda Türkiyənin nə demək olduğunu gördüm. Bölgədə varıq.

Qəzza və Qüdsdə dalğalanan türk bayraqları, Liviyada türk PUA-larını görməzdən gəlmək olmaz. İndi Türkiyə tam şəkildə Cənubi Qafqazdadır.

Zəngəzur dəhlizi böyük arzumuzdur. İnşallah ölmədən o dəhlizin açılışına qatılacağıq. İnşallah marş oxuya-oxuya oradan keçəcəyik”. (Turkustan.az)