TEXNOLOGİYA

7 Xiaomi smartfonu bir daha yeniləmə almayacaq – Sizinki onların arasında ola bilər

Çinin Xiaomi şirkəti artıq Android yeniləmələrini, yeni funksiyaları və ən əsası adi təhlükəsizlik yamalarını qəbul etməyəcək qadcetlərin daxil olduğu EOS (End of Support) siyahısını yeniləyib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “Xiaomi”nin bu qərarı müxtəlif bazarlar üçün nəzərdə tutulan 7 modelə toxunub. 

• Redmi Note 11T Pro;

• Redmi Note 11T Pro+;

• Redmi K50i;

• Poco X4 GT;

• Poco C40;

• Poco F4;

• Redmi K40S.

Bu smartfonlara dəstək 2025-ci ilin iyununda başa çatacaq. Onlar işləməyə davam etsə də, yeni proqramlar düzgün işləməyə bilər və potensial səhvlər və təhlükəsizlik boşluqları artıq düzəldilməyəcək.

Siyahıdakı smartfon sahiblərinin edə biləcəyi ən yaxşı şey proqram yeniləmələrinin hələ də buraxıldığı daha müasir cihaza keçməkdir. Üstəlik, “Xiaomi”nin yeni yeniləmə siyasəti əksər telefonlar üçün dörd ilə qədər proqram dəstəyinə zəmanət verir.

Aprelin sonunda EOS siyahısına Xiaomi 11i, Poco F4 GT və digər məşhur modellər də daxil idi.

Mənbə: Lent.Az