ELMİ DİİASPORA AA

Ayın tarixini dəyişən kəşf

Çinin Aya göndərdiyi kəşfiyyat roveri vasitəsilə toplanan nümunələr Yerə gətirilib. Elm adamları Ayın səthindən götürülmüş qaya parçalarını araşdırdıqdan sonra təəccüblü nəticələr əldə ediblər. Əldə edilən tapıntılar peykimizdəki vulkanik fəaliyyətin tarixini dəyişdirə bilər.

Planetimizin peykinin təxminən 4,5 milyard yaşı olduğu hesab edilir. Hazırda Ayda heç bir aktivlik müşahidə olunmasa da, onun keçmişdə fəal olduğu təxmin edilir.

Qırx ildən artıq müddətdə ilk dəfədir ki, Aydan planetimizə gətirilən qaya nümunələri beynəlxalq araşdırma qrupu tərəfindən ətraflı şəkildə araşdırılıb. Tədqiqatçılar Apollon missiyaları ilə topladıqları bütün məlumatları araşdırdıqdan sonra Aydakı vulkanik aktivliyin 3 milyard il əvvələ təsadüf etdiyini iddia edirlər. Ayın səthinin dərinliklərində lava tunellərini aşkar edən elm adamları bunu vulkanik aktivliyin əlaməti kimi qiymətləndiriblər.

Bir milyard il əvvələ aid olan vulkanik qaya parçaları daha əvvəl Ayda tapılmışdı. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, bu daşlar Aya düşən meteoritlərlə gəlib. Ancaq əldə edilən yeni nəticələr bütün bu fikirləri alt-üst etdi. Elm adamları 50 milyon illik araşdırmalarda ölçmə xətasının ola biləcəyini söyləyirlər. Tədqiqatçıların fikrincə, kainatın yaşı da nəzərə alınarsa, bu, kifayət qədər dəqiq nəticədir.

Tədqiqatla bağlı məlumat “Tech X Plore” veb saytına istinad edilib.