Məmməd Əliyev (tam adı: Məmməd Cavad oğlu Əliyev; 8 aprel 1955) — tibb elmləri doktoru, professor.
Məmməd Əliyev (tam adı: Məmməd Cavad oğlu Əliyev; 8 aprel 1955) — tibb elmləri doktoru, professor.
Həyatı
Məmməd Əliyev 4 aprel 1955-ci ildə Tacikistan Respublikası Kurqan-Tübədə anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. Hal-hazırda Rusiya Federasiyasında yaşayır və həkim kimi fəaliyyət göstərir.
Əsas elmi nailiyyətləri
400-dən çox nəşriyyat əsərinin müəllifidir.
Mükafatları
Rusiya Federasiyasının əməkdar elm xadimi.
Rusiya Federasiyasının Dövlət mükafatı laureatı(Rusiya Federasiyasının Prezidenti tərəfindən elm və texnologiyanın, ədəbiyyatın və sənətin inkişafına verdiyi töhfələrə görə qazanmışdır).
Rusiya Federasiyası Hökumətinin elm və texnologiya sahəsində mükafatı.
Elmi, pedaqoji və digər fəaliyyəti haqqında məlumat
Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının tam üzvü
Rusiya Federasiyasının əməkdar elm xadimi
Ümumrusiya Azərbaycan Konqresinin sədri
NN Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin elmi və tibbi işlər üzrə direktor müavini
Uşaq Onkologiya və Hematologiya Tədqiqat İnstitutunun direktoru
Rusiya Tibb Elmləri Akademiyasının Klinik Onkologiya Tədqiqat İnstitutunun Ümumi Onkologiya şöbəsinin müdiri.