TEXNOLOGİYA

Çində pilotsuz hava taksisi ilk şəhərlərarası uçuşunu HƏYATA KEÇİRDİ – VİDEO

Çinin “AutoFlight” şirkəti ilk dəfə pilotsuz hava taksisini işə salıb – nəqliyyat vasitəsi Şençjen və Çjuhay şəhərləri arasında 50 kilometrlik yolu cəmi 20 dəqiqəyə qət edib.

Qeyd olunur ki, İnci çayının deltası şəhərlər arasında yerləşdiyi üçün quru yolu ilə səyahət bir neçə saat çəkir.

Tərtibatçı çətin relyeflə əhatə olunmuş şəhərlərdə yeni aeromobil növünə tələbat olacağını gözləyir.

Bu sahədə həmçinin “eHang” şirkəti də fərqlənib – artıq Çində kommersiya daşımaları işə düşüb. Ehtimal olunur ki, müvafiq nəqliyyat növündən turizm şirkətləri hava marşrutları və ekskursiyaların açılması üçün istifadə edəcəklər.

Mənbə: osnmedia.ru