Coğrafiyaçı mütəxəssis UNICEF-in keçirdiyi tədbirdə iştirak edib
Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda böyük elmi işçisi Cəmilə Əhmədova Səhiyyə Nazirliyinin dəstəyi ilə UNICEF tərəfindən təşkil olunmuş Bakı şəhərində keçirilən “Azərbaycanda səhiyyə işçilərinin çirklənmə və iqlim dəyişmələri ilə bağlı bilik, bacarıq və adaptasiya davranışlarının qiymətləndirilməsi”nə həsr olunmuş dəyirmi masada iştirak edib.
Tədbirdə qiymətləndirilmənin nəticələri dinlənilib, Azərbaycanda ətraf mühitin çirklənməsi (qurğuşun, civə, kadmium, arsen kimi ağır metallarla, yüksək təhlükəli pestisidlərlə çirklənmə, havanın çirklənməsi və s.), iqlim dəyişmələri ilə bağlı risklərin uşaqların sağlamlığına olan təsirlərləri müzakirə edilib, fikir mübadiləsi aparılıb, bir sıra təkliflər verilib.