GÜNDƏM

“Hüseynqulu Sarabski arxivinin təsviri” kitabı işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Hüseynqulu Sarabski arxivinin təsviri” kitabı işıq üzü görüb.

Yeni nəşri tərtib edib ona “Ön söz” yazan institutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri fil.e.d. Nailə Səmədovadır.

Kitabda görkəmli aktyor, pedaqoq, ictimai xadim Hüseynqulu Məlik oğlu Sarabskinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materialları – əsərləri, toplayıb tərtib etdiyi materiallar, məktubları və ona ünvanlanan məktublar, ictimai fəaliyyətinə dair sənədlər, o cümlədən şəxsi və təsviri sənədləri, çap kitabları və digər müxtəlif məzmunlu nümunələr təsvir edilərək təqdim olunub.

Qeyd edək ki, yeni nəşrin redaktoru fil.ü.f.d., dosent Könül Bağırova, rəyçiləri fil.ü.f.d., dosent Aybəniz Rəhimova və fil.ü.f.d., dosent Afaq Əliyevadır.