Agentlik: Ötən il faydalı modellərə dair 36 patent qeydiyyata alınıb
Ötən il faydalı modellərə dair 36 patent qeydiyyata alınıb. Onlardan 30 ədədi milli, 6 ədədi isə xarici hüquqi şəxslərə məxsus olub.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Diqqətə çatdırılıb ki, 2022-ci ildə faydalı modellərə dair 31 (onlardan 21 milli, 10 xarici) patent verilib. 2022-ci illə müqayisədə faydalı modellərin qeydiyyata alınmasında 5 ədəd artım olub.