GÜNDƏM

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hansı tədbirləri planlaşdırır?

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Elmi şurasının iclasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər planı təsdiq edilib.
Elminfo.az xəbər verir ki, İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirlər planı Prezident İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamından irəli gələrək elmi müəssisələr qarşısında qoyulan mühüm vəzifələrə əsasən hazırlanıb.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dendrologiya İnstitutunda bir sıra elmi seminarların, müsabiqə və beynəlxalq konfransların keçirilməsi nəzərdə tutulur. “Qlobal iqlim dəyişikliklərinin ekoloji mühitə təsiri” haqqında beynəlxalq konfrans, Şuşada “Qarabağın ekosistemləri, antropogen amillərin və iqlim dəyişiklikləri təsirinin aradan qaldırılması” adlı beynəlxalq konfrans və “Yaşıl həyat” mövzusunda ümumrespublika bilik müsabiqəsinin keçirilməsi planlaşdırılır.