GÜNDƏM

BMU-nun 6 tələbəsi mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq

Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinin 6 tələbəsi “ERASMUS+KA1” mübadilə proqramı çərçivəsində müxtəlif xarici universitetlərdə təhsil almaq hüququ qazanıb.

Elminfo.az-ın xəbərinə görə BMU-dan AZƏRTAC-a bildirilib ki, 2023/2024-cü tədris ilinin yaz semestrində tələbələrdən İsa Yusifov (kompüter mühəndisliyi ixtisası), Məhəmmədəli Ayralov (kimya mühəndisliyi ixtisası) və Hassan Ul Moviz (memarlıq ixtisası) İtaliyanın Turin Politexnik Universitetində təhsillərini davam etdirəcəklər. Bundan başqa, Gülnar Əkbərli (biologiya müəllimliyi ixtisası) və Arzu Nəcəfzadə (kompüter elmləri ixtisası) İspaniyanın Jaen Universitetində, Canel Xəlilov (maliyyə ixtisası) Polşanın Vroslav Biznes Tətbiqi Elmlər Universitetində bir semestr təhsil alacaqlar.

Mübadilə proqramları çərçivəsində təhsil alacaq tələbələrə müvafiq qaydalara əsasən akademik məzuniyyət verilib.