AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası keçirilib.
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin sədrliyi ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə olunub.
İclasda elmi tədqiqat işlərinin fərdi planlarının, doktorant və dissertantların fərdi planının təsdiqi məsələləri müzakirə olunub. Sonra institutun şöbələrində 2024-cü il üçün nəzərdə tutulan elmi-tədqiqat işlərinin mövzu planı müzakirəyə qoyularaq təsdiq edilib.
Elmi şuranın iclasında, həmçinin Sosiolinqvistika və psixolinqvistika, Qədim dillər və mədəniyyətlər, Hind-Avropa dilləri şöbələrinə elmi, böyük elmi, aparıcı elmi işçilər vəzifələrinə seçkilər keçirilib.
Sonda elmi katib filologiya elmləri doktoru Aynel Məşədiyeva cari məsələləri diqqətə çatdırıb.