ELMİ ANONSLAR

Respublika Seysmoloji Xidmət Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən hər il martın 27-si Azərbaycanda “Elm Günü” kimi qeyd olunur. Bununla bağlı hər il AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) ölkəmizdə aparılan kompleks seysmoloji-geofiziki-geokimyəvi tədqiqatlarla bağlı müxtəlif tədbirlər keçirilir.

27 mart 2024-cü il tarixində saat 11:00-da “Açıq qapı” günü keçiriləcək. Tədbirdə 1902-ci ildən bu günə qədər Azərbaycan ərazisində aparılan tədqiqatlarda istifadə olunan seysmoloji və geofiziki cihazlar nümayiş etdiriləcək.

Son yüz ildə Azərbaycan seysmologiyasının inkişaf mərhələləri və əldə olunmuş nəticələrə dair tədqimatlar olacaq. Eləcə də, RSXM-nin seysmik stansiyalarından seysmik dalğaların Monitorinq Mərkəzinə qəbulu, seysmik dalğa məlumatlarının emalı, zəlzələ ocaqlarının mexanizminin öyrənilməsi metodları, GPS tədqiqatları və alınmış nəticələr iştirakçılara təqdim olunacaq.

Tədbirdə AMEA rəhbərliyi, ali məktəb rektorları, tələbələr və orta məktəb şagirdləri iştirak edəcəklər.

Bütün media nümayəndələri tədbirə dəvətlidirlər!

Ünvan: Akademiya şəhərciyi, H.Cavid pr. 123, AMEA nəzdində RSXM-nin Monitorinq Mərkəzi